müşayiət olunmayan baqaj

Fiziki şəxslərə məxsus olan və onlardan ayrıca, nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə əsasən keçirilən mallar

müşayiət olunan baqaj
müştəri
OBASTAN VİKİ
Baqaj
Baqaj — istənilən sərnişinin yüküdür. Bu yükün daşındığı hər hansı nəqliyyat vasitəsi və ya yük yeri baqaj kimi müəyyən edilə bilər. Sərnişin avtomobillərində yüklərin yerləşdirildiyi yerdir. Baqaj deyildikdə Türk dilində və Azərbaycan dilində daha çox avtomobillər yerləşdirilmiş olan yük və malların qoyulduğu kupe nəzərdə tutulur.
Müşayiət gəmisi
Müşayiət gəmisi və ya müşayiət aviadaşıyıcısı, Bu, II Dünya Müharibəsi zamanı Kral Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Yapon İmperator Donanması və Yaponiya İmperator Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən kiçik və yavaş tipli təyyarə gəmisi idi. Onlar adətən daha böyük donanma gəmilərinin uzunluğunun yarısı uzunluğunda olan və subasımının üçdə bir həcmində, daha yavaş sürətə, daha az təyyarə daşıma qabiliyyətinə və daha yüngül silah və zirehlərə malik idilər. Müşayiət gəmiləri daha ucuz idi, çünki onlar əsasən kommersiya gəmisinin gövdəsi üzərində inşa olunurdular və istənilən vaxt tez bir zamanda tikilə bilərdilər. Donanma gəmilərinin sayca az olması şəraitində onlara müvəqqəti olaraq çoxlu sayda vəzifələr verilirdi və bu da onların üstünlüyü idi. Bununla belə, mühafizənin olmaması müşayiət gəmilərini həssas vəziyyətə salırdı və bəziləri məhz buna görə batırılmışdır. Yüngül təyyarədaşıyıcılar bir çox cəhətlərinə görə müşayiət gəmilərinə oxşar bir konsepsiya idi, lakin donanma gəmiləri ilə birlikdə xidmət etmək üçün lazım olan daha yüksək sürətə sahib idilər. Müşayiət gəmiləri donanma gəmiləri, döyüş gəmiləri və kreyserlərdən ibarət olan əsas qüvvələr ilə ayaqlaşa bilməyəcək qədər yavaş idilər. Bunun əvəzinə, konvoyları müşayiət etmək və onları düşmən sualtı qayıqlarının və təyyarələrinin törədə biləcəyi təhdidlərdən mühafizə etmək üçün istifadə olunurdular. Materik Avropası və Sakit Okean adalarına edilən hücumlarda müşayiət gəmiləri amfibiya əməliyyatları zamanı quru qüvvələrinə yaxın hava dəstəyi verirdilər. Müşayiət gəmiləri, donanma gəmilərinə əlavə təyyarələrin daşınması və bütün hərbi xidmətlərin çatdırılma məntəqələrinə çatması üçün bərə təyyarələrinin daşınması kimi müxtəlif missiyalarda da istifadə edilmişdirlər.
İzah olunmayan fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar.UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.
изга́рина кишка́ лито́вцы неразличи́мость па́нна своевла́стный веерови́дный измазю́каться короте́нько лука́вый парафрази́роваться фоно... вам Фландрия шаверзить -ry flector peeling pop off regress safety valve siskin замазать оттолкнуть пресечься